Sabah Milli Depozit Mərkəzi (MDM) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) ötən il oktyabrın 1-də manatla buraxdığı istiqrazlara görə, Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi AZİR indeksinə (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) uyğun olaraq növbəti faiz ödənişlərini həyata keçirəcək.
Bu barədə MDM-nin məlumatında bildirilir.
Məlumata görə, kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 586,22 manat təşkil edəcək.
Xatırladaq ki, istiqraz emissiyasının ümumi dəyəri 50 milyon manatdır. Söhbət hər birinin nominal dəyəri 100 000 manat olan 500 ədəd dəyişkən faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Rüblük kupon ödənişi istiqrazların illik faiz dərəcəsinin 6,35 % müəyyən edildiyindən xəbər verir.
Prosesin anderrayterləri “ABB-İnvest” və “Unicapital” investisiya şirkətləridir.






