WSJ: BƏƏ Hörmüz boğazının açılması üçün güc tətbiqinə hazırdır

BƏƏ Hörmüz boğazının açılması məqsədilə hərbi əməliyyata qoşulmağa hazırdır və bununla da münaqişənin güc yolu ilə həllini açıq şəkildə dəstəkləyən ilk Fars körfəzi ölkəsi ola bilər. Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Əmirliklər BMT Təhlükəsizlik Şurasının belə addımları sanksiyalaşdıracaq qətnaməsinin qəbuluna çalışır. BƏƏ diplomatları ABŞ-ni, eləcə də Avropa və Asiyanın hərbi güclərini İranın martın əvvəlində faktiki olaraq bağladığı Hörmüz boğazının açılması üçün koalisiya yaratmağa çağırıblar.

Mənbələrin bildirdiyinə görə, BƏƏ həmçinin ABŞ-yə strateji əhəmiyyətli boğazda yerləşən adaların, o cümlədən İranın nəzarətində olan və Əmirliklərin iddia etdiyi Əbu Musa adasının ələ keçirilməsini təklif edib.

Fevralın 27-də “Financial Times” mənbələrə istinadən yazmışdı ki, BƏƏ ABŞ və Qərb tərəfdaşlarını Hörmüz boğazında gəmiçiliyin bərpası üçün hərbi-dəniz qüvvələrini səfərbər etməyə hazır olduğu barədə məlumatlandırıb.

Son xəbərlər
Digər xəbərlər