2026-cı il aprelin 1-də Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 50 milyon manat həcmində ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac uğurla yekunlaşıb.
Banker.az BFB-yə istinadən xəbər verir ki, bu buraxılış Fondun ipoteka maliyyələşdirmə strategiyasının davamı kimi qiymətləndirilir.
Hərracın nəticələrinə əsasən, nominal dəyəri hər biri 1 000 manat olan ümumilikdə 50 000 ədəd istiqraz tam həcmdə yerləşdirilib. İstiqrazların illik gəlirlilik faizi 3.25% səviyyəsində müəyyən edilib və yerləşdirmə qiyməti nominala bərabər olub. Buraxılan istiqrazı yalnız yalnız 1 investor tərəfindən əldə edilib.
İstiqrazların tədavül müddəti 7200 gün (təxminən 20 il) təşkil edir. Faiz ödənişləri hər 180 gündən bir həyata keçiriləcək. Eyni zamanda, əsas borcun qaytarılması da mərhələli şəkildə – hər 6 ayda bir ümumi buraxılışın 2.5%-i həcmində (1.25 milyon manat) aparılacaq. Bu isə investorlar üçün sabit pul axını təmin edən uzunmüddətli alət deməkdir. Buraxılışın anderrayteri “İnvest-Az İnvestisiya Şirkəti” QSC olub.
FOND BORCLANMANI AZALDIR
Fond ipoteka istiqrazlarını əsasən əhalinin yaşayış sahələri ilə təminatını yaxşılaşdırmaq və satmaq öhdəliyi ilə kirayə mexanizminin maliyyələşdirilməsi üçün ayırır. Bu ümumi maliyyə gələrinin mühüm hissəsidir. Lakin 2025-ci ilin təkcə yanvarında Fond ipoteka istiqrazlarından 150 mln. manat vəsait cəlb etmişdi. 2026-cı ildə İKZF istiqrazla borc cəlbində həvəsli görünmür. Ən azından builki üç ay ərzində cəmi 50 mln. manat istiqraz buraxıb.
Bununla belə bir fakt da var ki, 2026-cı ilin dövlət büdcəsindən ipoteka və sahibkarlığın dəstəklənməsi üçün 100 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu 2025-ci ildəki həcmdən 18%-ə yaxın çoxdur.
Xatırladaq ki, dövlət büdcəsindən İpoteka və Kredit Zəmanəti Fonduna ayrılmış vəsait 2025-ci ilin ilk 11 ayında 85 mln. manat olub ki, bu da bir il əvvəllə müqayisədə 3.1% azdır. Fondun yerləşdirdiyi istiqrazların həcmi isə əvvəlki illə eyni olaraq 550 mln. manat səviyyəsində qalıb.
İKZF-in ipoteka kreditləri üzrə mənbələrini “daraltması” bu bazardakı inkişaf dinamikasına da təsirsiz qalmayıb. Məsələn, keçən il minimum aylıq ümumi ipoteka kreditləri artım tempi 0.3% üzərində olduğu halda cari ilin yanvarında 0.06%-ə düşüb. Adətən bu bazarda fevral və mart ayları gözlənilsə də, öncəki ildəki minimal 0.18%-dən aşağıdır. 1 fevral tarixinə 4 mlrd. 605.3 mln. manat daşınmaz əmlak və ya ipoteka krediti portfeli olub.
Azərbaycanda ipoteka kreditləri üzrə orta faiz dərəcələri 2020-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çataraq 6.37-6.39% olub. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ipoteka faizləri 2020-ci ilə qədər təxminən 7% səviyyəsində olsa da, 2022-ci ilin yayına qədər azalaraq 6.31%-ə enmişdi. Banklar daxili ipoteka kreditləri üzrə faizləri əvvəlki ildən bir qədər yuxarı təklif edirlər. 2022–2023-cü illərdə ipoteka kreditlərinin həcmi artsa da, son dövrdə Mərkəzi Bankın sərt monetar siyasəti, o cümlədən uçot dərəcəsi və məcburi ehtiyat normaları üzrə sərtləşmə faizlərin yenidən yüksəlməsinə səbəb olub.








