“AccessBank” QSC-nin Marketinq departamentinə yeni rəhbər təyin edilib.
Banker.az-ın məlumatına görə, bu vəzifə Əlikamran İsmayılzadəyə həvalə edilib.
O, 2025-ci ilin avqust ayından indiyə kimi “AccessBank”ın Marketinq rəhbərinin vəzifələrini icra edib.
“AccessBank”da çalışdığı müddətdə karyerasına Satış və İnkişaf departamentində pərakəndə bankçılıq üzrə aparıcı mütəxəssis kimi başlayıb. Daha sonra Marketinq Departamentində aparıcı mütəxəssis, rəqəmsal marketinq üzrə baş mütəxəssis və marketinq meneceri vəzifələrində fəaliyyət göstərib. Növbəti mərhələdə isə Marketinq Kommunikasiyaları şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.







