Azərbaycandakı bankların 2026-cı ilin yanvar-fevral ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk iki ayında bankların kreditlər üzrə faiz gəlirləri 714.8 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 121.4 milyon manat və ya 20.4% çoxdur.
Bankların 2025-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 593.4 milyon manat təşkil etmişdir.
Cari ilin yanvar-fevral ayında faizlər üzrə xərcləri isə 327.9 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.







