ABŞ İrana qarşı hərbi əməliyyata $42 milyarddan çox vəsait xərcləyib

İranda aparılan hərbi əməliyyat ABŞ-yə təxminən 37 gün davam edən döyüşlər ərzində 42,1 milyard dollardan baha başa gəlib. Bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.

Real vaxt rejimində işləyən portalın hesablamaları 10 mart tarixində Pentaqonun ABŞ Konqresi üçün keçirdiyi brifinqə əsaslanır. Həmin brifinqdə bildirilmişdi ki, Yaxın Şərqdə döyüşlərin ilk altı günü ərzində Vaşinqton 11,3 milyard dollar xərcləyib və münaqişənin davam etdiyi hər növbəti gün üçün əlavə 1 milyard dollar xərcləməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər