2026-cı ilin ilk iki ayında Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta haqları illik müqayisədə 11.62% azalaraq 10.25 mln. manat təşkil edib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Eyni dövrdə sığorta ödənişləri 22.91% artaraq 5.73 mln. manata çatıb. Nəticədə bu sığorta növü üzrə zərərlilik əmsalı 2025-ci ilin eyni dövründəki 40.17%-dən 2026-cı ildə 55.86%-ə yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk iki ayında sığorta haqları 2024-cü illə müqayisədə 26.45%, sığorta ödənişləri isə 41.06% artmışdı.






