“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində – Video

®“AzInTelecom” MMC maliyyə rəhbərləri və sahibkarları bir araya gətirən IV “Vergi və Mühasibatlıq Zirvəsi”ndə iştirak edib.

“Bahalı səhvlər” konsept mesajı ilə təşkil olunan Zirvədə “AzInTelecom” rəqəmsallaşma üzrə sponsor qismində təmsil olunub. Tədbirdə şirkət interaktiv stendlə çıxış edib, iştirakçılara rəqəmsal xidmət və məhsullarla bağlı ətraflı məlumat verilib.

Tədbir çərçivəsində “AzInTelecom”un Marketinq şöbəsinin müdiri Murad Əhmədov çıxış edərək bizneslərdə kiçik görünən yanlışların yarada biləcəyi səhvlərdən danışıb. O vurğulayıb ki, ənənəvi elektron imzanın başqasının əlinə keçməsi hallarında yaranacaq risklər sadəcə bir kibertəhlükəsizlik problemi deyil, həm də şəxsi məlumatların oğurlanması, maliyyə dələduzluğu və hüquqi iradənin sui-istifadəsidir. “SİMA İmza” isə imza səlahiyyətinin ötürülməsi məsələsini tam hüquqi və rəqəmsal formada həll etməklə sahibkarlara və şirkət rəhərlərinə proseslərə məsafədən nəzarət etmək imkanı verir.

Zirvə maliyyə qərarlarında risklərin idarə edilməsi, vergi qanunvericiliyindəki aktual məsələlər və əmək münasibətləri haqqında panellər şəklində davam edib.

Qeyd edək ki, artıq sahibkarlar və mühasiblər “SİMA İmza” ilə bütün elektron vergi xidmətinə çıxış əldə edə bilirlər. “6AYPULSUZ” promokodunu yazmaqla biznes tipli rəqəmsal imzadan ilk 6 ay müddətində ödənişsiz yararlanmaq mümkündür.

Esas foto 23  14 5 10 11 5 35

24 1

26

 

Son xəbərlər
Digər xəbərlər