Əhali icbari daşınmaz əmlak sığortasından “uzaqlaşır”: bazar son 10 ilin minimumunda

Azərbaycanda əhali evlərini bu il icbari sığortasına marağını kəskin azaltması bu bazarı az qala son 10 ilin minimum həddinə endirib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2026-cı ilin ilk iki ayında daşınmaz əmlakın icbari sığortası bazarında yığımların həcmi 5 milyon 56 min manata düşüb. Halbuki, 2025-ci ildə 19 milyon 478 min manat olmuşdu.

Bu da illik müqayisədə 74 faiz azalmadı və bu son illərə nəzər yetirsək ən iri həcmli enişdir.

Bununla belə, bu biznesdə sığortaçılar üçün zərərli biznes deyil. Sığortaçılar cari ilin ilk iki ayında cəmi 435 min manat ödəniş həyata keçiriblər ki, bu da 9% zərərlilik əmsalı deməkdir.

Könüllü bazar, əmlakın yanğından və digər risklərdən sığortası isə illik müqayisədə 48% artaraq 18.31 milyon manata yüksəlib. Bunun qarşılığında şirkətlər cəmi 409 min manat ödəniş ediblər.

5345344

Son xəbərlər
Digər xəbərlər