“Azərişıq” Novxanıda yeni yarımstansiyanın tikintisi üçün müsabiqə elan edib.
Banker.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yeni yarımstansiyanın tikintisi ilə bağlı müsabiqə elan edib.
Müsabiqə çərçivəsində mövcud 6/0,4 kV-luq 919 saylı paylayıcı qurğunun əvəzinə 35/6 kV-luq yeni yarımstansiyanın inşası nəzərdə tutulur.
Satınalan təşkilatın məlumatına görə, layihənin ehtimal olunan dəyəri 4 105 697 manat təşkil edir.







