“Azərsun Holdinq” MMC-yə məxsus “Kürdəmir Süd Emalı Zavodu” MMC-nin rəhbəri dəyişdirilib.
Banker.az xəbər verir ki, Nəbi Paşayev İsmayıl oğlu “Kürdəmir Süd Emalı Zavodu” MMC-nin direktoru təyin edilib.
O, bu vəzifədə Rüstəm Rüstəmov Qərib oğlunu əvəz edib.
Xatırladaq ki,”Kürdəmir Süd Emalı Zavodu” 2010-cu ildə yaradılıb, ölkənin aparıcı süd və süd məhsulları istehsalçısıdır. Zavodun nizamnamə kapitalı 15 000 000 manat təşkil edir.






