Azərbaycanda ödəniş təşkilatlarından biri olan “Modenis” MMC-nin fəaliyyətində mühüm dəyişiklik həyata keçirilir.
Banker.az xəbər verir ki, “Modenis” MMC (eManat) “MPAY” MMC-yə qoşulur. Şirkətin bütün hüquq və öhdəlikləri “MPAY” MMC-yə ötürülür.
Bildiririk ki, bu qoşulma çərçivəsində müştərilərə təqdim olunan mövcud xidmət və məhsullar olduğu kimi saxlanılır. İstifadəçilər əvvəlki qaydada bütün ödəniş və maliyyə xidmətlərindən fasiləsiz şəkildə yararlanmağa davam edəcəklər.
Ölkə üzrə minlərlə özünəxidmət nağd ödəniş terminalını əhatə edən “eManat” brendi fəaliyyətini eyni adla davam etdirir. Terminallar vasitəsilə təqdim olunan xidmətlər və istifadəçi interfeysində isə hər hansı bir dəyişiklik nəzərdə tutulmur.







