“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədrinə yeni müşavir təyin edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədrinə müşavir təyin edilib.

Banker.az xəbər verir ki, Kamil Bektaşi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinə müşavir təyin olunub.

Kamil Bektaşi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Təchizat Zəncirinin İdarəolunması departamentinin direktoru olub.

O, 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.

Son xəbərlər
Digər xəbərlər