Qazaxıstan və başqa ölkələr TRIPP (Sülh və Rifah Naminə Tramp Marşrutu) layihəsi ilə maraqlanır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, beynəlxalq kommunikasiyalar üçün yeni marşrut açılacaq və Qazaxıstan beynəlxalq nəqliyyat sektorunun əsas oyunçularından və iştirakçılarından biridir.
“Qazaxıstan bu mövzu ilə maraqlanan yeganə ölkə deyil. Bir çox ölkələr buna (Sülh və Rifah Naminə Tramp Marşrutuna) maraq göstərir. Proses açıq şəkildə gedir və biz bunu tərəfdaşlarımızdan gizlətmək niyyətində deyilik. Təbii ki, biz Qazaxıstanı Ermənistan üzərindən tranzit marşrutlardan istifadə etməyə dəvət etməliyik ki, onları ixrac, idxal və təqdim olunan nəqliyyat xidmətləri zəncirində nəzərdən keçirsinlər”, – deyə Paşinyan bildirib.







