“Binance” Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda BƏƏ-də çalışan əməkdaşlarına müvəqqəti olaraq digər ölkələrə köçməyi təklif edib.
Şirkət bildirib ki, bu addım könüllü xarakter daşıyan ehtiyat tədbiridir və əməkdaşların təhlükəsizliyini və çevikliyini təmin etməyə yönəlib. Bununla belə, komandanın əhəmiyyətli hissəsi BƏƏ-də qalmağa qərar verib.
“Binance” qeyd edib ki, şirkət əvvəlcədən paylanmış komanda modeli ilə qurulduğu üçün belə köçürülmələri iş prosesinə təsir etmədən dəstəkləyə bilir.
Bundan əvvəl “Wu Blockchain” nəşri birjanın əməkdaşlarının Honkonq, Tokio, Kuala-Lumpur və Banqkoka köçürülə biləcəyi barədə məlumat yaymışdı. Şirkət isə bu məlumatları bu formada təsdiqləməyib.







