Dövlət sektorunda işçilərin sayı artdı, özəl sektorda azaldı

2026-cı ilin fevralın 1-i ilə müqayisədə martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı artıb.

Banker.az xəbər verir ki, muzdla çalışanların ümumi sayı 1782 min nəfərdən 1784 min nəfərə yüksələrək təxminən 0,1% artıb.

Dövlət sektorunda çalışanların sayı 861.4 min nəfərdən 870.6 min nəfərə çataraq təxminən 1.1% artım göstərib.

Qeyri-dövlət sektorunda isə əksinə, azalma qeydə alınıb. Belə ki, bu sektorda çalışanların sayı 920.6 min nəfərdən 913.4 min nəfərə enərək təxminən 0.8% azalıb.

Son xəbərlər
Digər xəbərlər