ABŞ və İran arasında danışıqların ikinci raundu aprelin 16-da keçiriləcək. Bu barədə “The Atlantic” jurnalının jurnalisti Araş Əzizi məlumat verib.
“Tehrandakı mənbə mənə bildirib ki, İran və ABŞ arasında növbəti birbaşa danışıqlar raundu cümə axşamı İslamabadda baş tutacaq”, — deyə jurnalist “X” sosial şəbəkəsində yazıb. CNN-in məlumatına görə, ABŞ tərəfi gələn həftə atəşkəsin başa çatmasından əvvəl mümkün görüşün detallarını müzakirə edir.
Aprelin 11-də ABŞ və İran Pakistanın vasitəçiliyi ilə danışıqlar aparıblar. Tərəflər razılığa gələ bilməyiblər. ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” kanalına müsahibəsində bildirib ki, danışıqların yeni raundu ilə bağlı sual İran tərəfinə ünvanlanmalıdır. “Top onların meydançasındadır”, — deyə o əlavə edib.






