Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Kəlbəcər rayonunda yaradılması planlaşdırılan Dağ Turizm Mərkəzi ilə bağlı layihənin icrasını davam etdirir.
Banker.az xəbər verir ki, qurum tərəfindən İspaniyanın Neugest 1957 SLU şirkətindən Kəlbəcər Dağ Turizm Mərkəzinin yaradılması üzrə baş planın hazırlanmasının ikinci mərhələsi (2-ci faza) üçün xidmətlər satın alınıb.
Satınalma müqaviləsinin dəyəri 247 468.65 manat təşkil edir.






