Antiinhisar qurumu 5 şirkət barəsində protokol tərtib edib – Səbəb?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2026-cı il ərzində reklam qanunvericiliyinin pozulması ilə bağlı 5 şirkət barəsində inzibati xəta protokolu tərtib edib.

Banker.az bunu Dövlət Agentliyinə istinadən xəbər verir.

12 yanvar 2026-cı il tarixində “Trip Center of Baku” MMC barəsində protokol tərtib olunub. Şirkət reklam etdiyi malların və xidmətlərin qiymətlərini göstərsə də, həmin qiymətləri manatla ifadə etmədiyi üçün “Reklam haqqında” qanunun 4.9-cu maddəsinin tələblərini pozub və bu hal İnzibati Xətalar Məcəlləsinin 428.6-cı maddəsi ilə qiymətləndirilib.

10 fevral 2026-cı il tarixində “TTC Group” MMC barəsində inzibati protokol tərtib edilib. Şirkətin reklam fəaliyyəti zamanı istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı verilmiş qanuni göstərişlərə əməl etmədiyi müəyyən olunub. Bu pozuntu “Reklam haqqında” qanunun 4.6-cı və 28-ci maddələrinin tələblərinə zidd hesab edilərək İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə rəsmiləşdirilib.

10 mart 2026-cı il tarixində “Zeta Play” MMC barəsində protokol tərtib olunub. Yoxlamalar nəticəsində şirkətin qadağan olunmuş məhsul və xidmətlərin reklamını yaydığı, həmçinin reklam qaydalarına əməl etmədiyi aşkar edilib. Bu hal qanunun 4.7-ci maddəsinin pozulması kimi qiymətləndirilib və İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə rəsmiləşdirilib.

11 mart 2026-cı il tarixində “ABC-Telecom” MMC  (Kontakt Home) barəsində də inzibati xəta protokolu tərtib edilib. Şirkətin reklam yayımı zamanı qanunla müəyyən olunmuş qaydalara əməl etmədiyi və qadağan olunmuş reklam tələblərini pozduğu müəyyən edilib. Bu pozuntu “Reklam haqqında” qanunun 4.2-ci və 7.1.4-cü maddələri ilə əlaqələndirilərək İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi üzrə qiymətləndirilib.

16 mart 2026-cı il tarixində isə “Rich Motors” MMC barəsində protokol tərtib olunub. Şirkətin qadağan olunmuş reklam fəaliyyəti ilə məşğul olduğu və reklam yayımı qaydalarını pozduğu aşkar edilib. Bu hal “Reklam haqqında” qanunun 6.1.1-ci maddəsinin tələblərinin pozulması kimi qeydə alınaraq İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsi ilə rəsmiləşdirilib.

Son xəbərlər
Digər xəbərlər