Azərbaycan Mərkəzi Bankı (AMB) lizinq şirkətlərinin fəaliyyətinə nəzarəti gücləndirəcək.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, “Maliyyə icarəsi haqqında” qanunun qəbulu onların üzərinə müəyyən əlavə tələblər qoyacaq: “Bu məsələdə əsas məqsədlərimizdən biri nəzarət yox, daha çox liberallaşmış yanaşma əsasında ölkə iqtisadiyyatına, sahibkarlıq, xüsusən də kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərməkdir. Bunun davamı olaraq strategiyamız qəbul olunacaq və öz tənzimləyici sənədlərimizdə bu istiqamətdə addımlar atmağı planlaşdırırıq”.





