“Anglo Asian Mining” deyir ki, Azərbaycandakı iki zavodunu modernləşdirir

Azərbaycanda mis, qızıl və gümüş hasilatına fokuslanan istehsalçı Britaniya şirkəti Anglo Asian Mining plc Gədəbəy və Dəmirli əməliyyatlarında emal zavodlarının modernləşdirildiyini açıqlayıb.

Banker.az xəbər verir ki, Gədəbəy flotasiya zavodunun yenilənməsi aprelin sonunadək tamamlanacaq. Quraşdırılmış 9 ədəd Imhoflot pnevmatik flotasiya hüceyrəsi yüksək keyfiyyətli filizlərdən qızıl və mis çıxarılmasını artıracaq. Təxminən 1.8 mln. dollar dəyərində olan bu yenilənmənin uzunmüddətli dövrdə gəlirliliyi artıracağı gözlənilir. Eyni zamanda, EEPL sistemi, sənaye doğrayıcısı və yeni texniki xidmət proqramı tətbiq edilib, tullantı anbarlarında isə fiber-optik monitorinq planlaşdırılır.

Şirkət Xarxar və Qaradağ yataqları üzrə texniki-iqtisadi əsaslandırma işlərini davam etdirir, Qaradağda pilot hasilat aparılır.

Şirkətin vitse-prezidenti Stephen Westhead bildirib ki, bu investisiyalar istehsal artımından daha yüksək gəlir əldə etməyə imkan verəcək.

 

Son xəbərlər
Digər xəbərlər