Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədris mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil olunacaq.
Banker.az xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb.






