“Microsoft” 51 illik tarixində ilk dəfə olaraq əməkdaşlarının bir hissəsinə kompensasiya ilə könüllü işdən ayrılma proqramı təklif etməyi planlaşdırır. Proqram vəzifəsi baş direktor müavini (senior direktor) səviyyəsindən yuxarı olmayan və yaşı ilə iş stajının cəmi 70 il və daha çox olan əməkdaşlara şamil ediləcək.
Ətraflı şərtlər 7 may tarixində açıqlanacaq. Rəhbərliyin sözlərinə görə, bu təşəbbüs şirkətdə uzun illər çalışan əməkdaşlara “işəgötürənin səxavətli dəstəyi ilə növbəti addımı öz şərtləri ilə atmağa” imkan verəcək.
Eyni zamanda KİV yazır ki, iri texnologiya şirkətləri xərcləri azaltmaq yollarını axtarır. Qənaət olunan vəsaitin süni intellekt xidmətləri üçün infrastrukturun qurulmasına yönəldilməsi planlaşdırılır.






