®Aprelin 24-də Xalq Bank əməkdaşları Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə kampaniyasında iştirak etdi.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu” əsasında həyata keçirilmişdir. Layihə çərçivəsində 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumi olaraq 1 milyon ağac əkilməsi nəzərdə tutulmuşdur.
Aksiyada iştirak Xalq Bankın ekoloji balans və ətraf mühitin qorunması, dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin tərkib hissəsidir.






