“Meqa Sığorta”-nın I rüb üzrə nəticələri məlum olub

®“Meqa Sığorta” ASC-nin 2026-cı ilin I rübü üzrə ictimaiyyətə açıqlanan hesabatlarına əsasən rüb ərzində ümumi gəlirləri 7.570.186,82 AZN, ümumi xərcləri isə 7.415.415,52 AZN təşkil etmişdir. Nəticədə şirkət I rübü 128.817,04 AZN xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin ümumi gəlirləri 5,82% azalsa da, xərcləri 12,28% artmışdır. Şirkətin 2025-ci ilin I rübündə ümumi gəliri 8.038.256,14 AZN, ümumi xərci 6.604.163,71 AZN, xalis mənfəəti isə 1.147.273,94 AZN təşkil etmişdir.

Sığorta növləri üzrə portfelə nəzər yetirdikdə şirkətin sığorta məhsulları üzrə yığımlarında əsas paya sahib sığorta məhsulları üzrə əsas diqqəti avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası çəkir. Belə ki, hesabatlara əsasən bazar üzrə ümumi zərərliliyi ilə seçilən bu məhsul üzrə yığımlar 33%-ə yaxın azalıb. Belə ki, 2025-ci ilin I rübündə şirkət 3 380 604,55 AZN sığorta haqqı yığmışdısa, 2026-ci ilin I übündə bu rəqəm 2 263 061,30 AZN-ə enib. Bunun əksinə olaraq şirkətin I rüb üzrə Kasko və Tibbi sığorta portfeli artım nümayiş eydirib. Kasko portfeli 2025-ci ildəki 1 210 362,70 AZN-dən 1 465 775,52 AZN-ə qalxaraq 21%, tibbi sığorta portfeli isə 1 259 171,15 AZN-dən 1 813 771,42 AZN-ə qalxaraq 44% artım göstərib.

Şirkətin I rüb üzrə investisiya portfeli 2025-ci ilin I rübündə 44.346.287,78 olduğu halda 2026-cı ilin I rübündə bu rəqəm 38.751,977,77 AZN-ə enib (12,61% azalıb).

Şirkətin ümumi aktivləri və öhdəliklərindəki vəziyyət demək olar ki, dəyişməyib. 2025-ci ilin I rübündə ümumi aktivlər 57.347.923,97 AZN, öhdəliklər isə 27.067.946,10 AZN təşkil edirdisə, 2026-ci ilin I rübündə bu rəqəm müvafiq olaraq 56.775.415,67 AZN və 27.052.181,02 AZN olub.

Son xəbərlər
Digər xəbərlər