2026-cı ilin I rübündə Azərbaycan sığorta sektoru üzrə ümumi xalis mənfəət 49.753 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1% artım deməkdir (49.093 milyon manat).
Banker.az xəbər verir ki, hesabat dövründə ən yüksək xalis mənfəəti “PAŞA Həyat Sığorta” şirkəti əldə edib – 15.116 milyon manat (illik +2%).
İkinci yerdə 11.152 milyon manat mənfəətlə “AzRe Təkrarsığorta” qərarlaşıb və bu şirkət illik müqayisədə ən yüksək artımı nümayiş etdirərək mənfəətini 203% artırıb. Üçüncü ən böyük mənfəət isə 8.517 milyon manatla “PAŞA Sığorta”ya məxsusdur.








