“Bu il sertifikasiyanın sonuncu mərhələsidir. Bütün fənn müəllimləri sertifikasiyadan keçib”.
Banker.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu ilə qədər 80 mindən çox müəllim sertifikasiyadan keçib: “Bu il isə ümumilikdə100 mindən çox müəllim sertifikasiyadan keçəcək”.
Agentlik sədri qeyd edib ki, 90 min müəllimin əməkhaqqısı differensial qaydada tənzimlənəcək.
Eşqi Bağırov bildirib ki, sertifikasiya prosesi 17-25 iyun tarixində keçirilicək.






