Azərbaycanda 2 internet provayder birləşir

“Uninet” MMC, “Megalink” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.2-ci maddəsinə uyğun olaraq, “Megalink” MMC-nin fəaliyyətinə xitam verilərək, təhvil aktında qeyd olunan hüquq və vəzifələri “Uninet” MMC-yə keçir.

Kreditorlar iki ay ərzində AZ1025, Bakı şəhəri̇ Xətai̇ rayonu, 8 Noyabr, ev.113 ünvanına müraciət edə bilərlər.

Uninet MMC və “Megalink” MMC Azərbaycanda fəaliyyət göstərən internet və telekommunikasiya şirkətidir.

Son xəbərlər
Digər xəbərlər