“Google” 600 əməkdaşın etirazına baxmayaraq, “Gemini”nin istifadəsi ilə bağlı Pentaqonla razılaşma imzalayıb

“Google” ABŞ Müdafiə Nazirliyinə öz süni intellekt alətlərinə dövlət məqsədləri üçün giriş verməyə razılaşıb. Bu barədə mənbələrə istinadən “The Information” məlumat yayıb.

Məlumata görə, razılaşma şirkəti hökumətin tələbi ilə süni intellekt modellərinin ayarlarında və təhlükəsizlik filtrlərində dəyişikliklər etməyə məcbur edir. Müqavilədə qeyd olunur: “Süni intellekt sistemi ölkə daxilində kütləvi nəzarət üçün və ya insanın lazımi nəzarəti olmadan avtonom silah kimi istifadə edilməməlidir”.

“Google” hökumətin süni intellekt köməkçisini necə tətbiq edəcəyi ilə bağlı qərarlarına nəzarət etmək və ya veto qoymaq hüququna malik deyil. Pentaqon məsələ ilə bağlı şərh verməkdən imtina edib.

27 aprel 2026-cı ildə “Google”un 600-dən çox əməkdaşı baş direktor Sundar Piçaiyə məktub göndərərək Pentaqona “Gemini”yə çıxış verilməməsinə çağırıb.

“OpenAI” 27 fevral 2026-cı ildə oxşar razılaşma imzalayıb, baxmayaraq ki, buna qarşı məktubu 96 əməkdaş imzalayıb. “Anthropic” isə “Claude” modelinin izləmə məqsədilə istifadə olunmayacağına zəmanət tələb edərək belə razılaşmadan imtina edib. Həmin bənd, “Google” ilə hazırkı müqavilədə olduğu kimi, o zaman mövcud deyildi.

Son xəbərlər
Digər xəbərlər