2023-cü ili 410.5 min manat xalis zərərlə başa vuran Milli Depozit Mərkəzi 2024-cü ildə 628 min manat xalis mənfəət əldə edib.
Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Əməliyyat gəlirləri 9% artaraq 5.2 milyon manata, əməliyyat xərcləri 39% artaraq 5 milyon manatı ötüb.
Xərclərin gəlirlərdən daha sürətlə artması nəticəsində əməliyyat mənfəəti 7.2 dəfə azalaraq 158.3 min manata düşüb.
Ötən ilki 1.4 milyon manatlıq “digər xərclər” bu il 625 min manatlıq xalis gəlirlə əvəzlənib. Qurumun maliyyə gəlirləri 84% artaraq 167 min manat təşkil edib.






