“Qala Həyat” ASC-nin xalis mənfəəti 2026-cı ilin 1-ci rübündə 1,9 milyon manat xalis mənfəət ilə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azdır. Halbuki, 2025-ci ilin eyni dövründə bu göstərici 2,1 milyon manat təşkil edib.
Banker.az bunu rüblük hesabatına istinadən xəbər verir.
Cari ilin mart ayının sonuna şirkətin ümumi gəlirləri illik müqayisədə 17,4% artaraq 7,1 milyon manata yüksəlib. Paralel olaraq, hesabat dövründə “Qala Həyat”ın cəmi xərcləri 34,5% artım nümayiş etdirərək 4,6 milyon manata çatıb. Xərclər strukturunda əsas artım əməliyyat xərcləri və işlərin aparılması xərcləri hesabına baş verib.
Biznes əməliyyatlarının nəticələrinə görə, əsas sığorta sinifləri üzrə yığımlar 6,5 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 0,3% azalma deməkdir. Hesabat dövründə sığorta ödənişləri kəskin artaraq 192,4 min manatdan 954,7 min manata yüksəlib və bu istiqamətdə 396,2% artım qeydə alınıb. Sığorta ödənişlərinin həcmindəki bu yüksəliş xalis sığorta ehtiyatlarının dəyişməsi ilə birlikdə ümumi maliyyə göstəricilərinə təsir göstərib.
Qala Həyat-ın investisiya portfelinin həcmi 1,4% azalaraq 34,9 milyon manata düşsə də, bu fəaliyyətdən əldə olunan gəlirlər artıb. Belə ki, investisiya gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,4% artaraq 757,9 min manat təşkil edib. İnvestisiya portfelinin əsas hissəsini 17,1 milyon manatla istiqrazlar və 12,5 milyon manatla bank depozitləri formalaşdırıb.







