“Azəraqrartikinti” şirkətinin mənfəəti 30% azalıb

“Azəraqrartikinti” ASC-nin 2025-ci ildə xalis mənfəəti əvvəlki illə müqayisədə təxminən 30% azalaraq 1.25 milyon manatdan 886 min manata düşüb.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Şirkətin əsas əməliyyat gəlirləri 2024-cü ildəki 11.7 milyon manatdan 2025-ci ildə 36.7 milyon manata yüksəlib. Satışın maya dəyəri gəlirlərdən daha sürətlə artaraq 8.5 milyon manatdan 33.9 milyon manata çatıb.

İnzibati xərclər sabit qalaraq 1.62 milyon manat təşkil edib. Hesabat dövrü üzrə 221 min manat mənfəət vergisi hesablanıb.

Şirkətin cəmi aktivləri illik müqayisədə 22% azalaraq 62.7 mln. manatdan 48.8 mln. manata düşüb. Bu azalma əsasən qısamüddətli aktivlərin (dövriyyə vəsaitlərinin) 61.2 mln. manatdan 47.1 mln. manata enməsi ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər