SOCAR neft hasilatının ilk rübdə artdığını deyir

2026-cı ilin birinci rübündə SOCAR tərəfindən təxminən 13 min metr qazma işi həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda hesabat dövründə 1.67 milyon ton neft, həmçinin 1.85 milyard kubmetr qaz hasil olunub.

Banker.az bunu SOCAR-a istinadən xəbər verir.

Ölkə üzrə qaz hasilatı 0.4% artaraq 12.64 milyard kubmetr təşkil edib. Ümumilikdə isə 2026-cı ilin birinci rübü üzrə Azərbaycanda 6.63 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 3.52 milyon ton təşkil edib. Bu göstəriciyə şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Ölkə üzrə təbii qaz istehlakı 4.76 milyard kubmetr, qaz ixracı isə 6.5 milyard kubmetr olub.

Cari ilin birinci rübündə SOCAR tərəfindən 1.45 milyon ton neft və 636 milyon kubmetr qaz emal edilib. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 394 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər