İngiltərə Mərkəzi Bankı uçot faiz dərəcələrini 3.75% səviyyəsində saxladı.
Banker.az xəbər verir ki, bu barədə BoE bu gün qərarını açıqlayıb.
Lakin komitənin bir sıra üzvləri neft qiymətlərindəki artım fonunda yaxın zamanda faizlərin yüksəldilməsini istisna etmirlər.
Mərkəzi bank vahid proqnozdan imtina edərək üç ssenari təqdim edib. Baza ssenarisinə görə ilin sonuna inflyasiya təxminən 3.7%, pessimist ssenari 2027-ci ildə 6.2%-ə qədər yüksəlməsidir.
Ən pis ssenariyə görə -neft təxminən 130 dollar – faizlərin 0.66–1.51 faiz bəndi artırılması tələb oluna bilər.
Bazarlar artıq 2026-cı ildə üç faiz artımı gözləyir. Təzyiqi İranla bağlı münaqişə artırır ki, bu da enerji qiymətlərini yüksəldir və Böyük Britaniyada resessiya riskini artırır.







