Azərbaycanda xanıma məxsus BOKT ili mənfəətlə bitirib

“AzMikroİnvest” BOKT 2025-ci ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətini 22% artıraraq 268 min manata çatdırıb (2024: 220 min manat). Mənfəətdə artım əsasən faiz gəlirlərinin 38.3% yüksələrək 505 min manata çatması ilə dəstəklənsə də, faiz xərclərinin 274.0% artaraq 50 min manata yüksəlməsi bu artımı qismən məhdudlaşdırıb. Nəticədə xalis faiz gəlirləri 30.1% artaraq 459 min manat olub.

Banker.az xəbər verir ki, hesabat dövründə ümumi gəlirlər (faiz və qeyri-faiz daxil olmaqla) artım nümayiş etdirsə də, xərclərin daha sürətli yüksəlməsi müşahidə olunub. Haqq və komissiya gəlirləri 7.9% artaraq 104 min manat, inzibati və digər əməliyyat xərcləri isə 9.5% artaraq 192 min manat təşkil edib.

Şirkətin cəmi aktivləri illik müqayisədə 22.8% artaraq 2 milyon 696 min manata yüksəlib. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli 16% artaraq 2 milyon 397 min manata çatıb. Bununla belə, kreditlərin ümumi aktivlərdə payı 94.1%-dən 88.9%-ə enərək portfel strukturunda nisbi şaxələnməyə işarə edib.

Cəmi öhdəliklər 33% artaraq 449 min manat, cəmi kapital isə 20.9% yüksələrək 2 milyon 247 min manat olub. Bölüşdürülməmiş mənfəət 22.0% artaraq 269 min manata çatıb.

Hesabat dövründə kapital bazası əlavə olaraq nizamnamə kapitalının artırılması ilə gücləndirilib. 2025-ci il ərzində iki mərhələdə ümumilikdə 0.34 mln. manat artım həyata keçirilib və nəticədə nizamnamə kapitalı 20.7% artaraq 1.98 mln. manata çatıb. Kapitalın 100%-i 1.98 mln. manat payla Quliyeva Aysel Qüdrət qızına məxsusdur.

Son xəbərlər
Digər xəbərlər