BƏƏ Ərəb Dövlətləri Təşkilatından çıxıb

BƏƏ Neft İxrac Edən Ərəb Ölkələri Təşkilatına (OAPEC) üzvlükdən çıxmaq qərarı barədə təşkilatı məlumatlandırıb. Bu barədə qurumun mətbuat xidməti “X” sosial şəbəkəsində bildirib.

OAPEC rəhbərliyi krallığa ərəb ölkələrinin enerji sektorunun inkişafına verdiyi töhfəyə görə təşəkkür edib. Təşkilatın baş katibliyi üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsini davam etdirəcəyini qeyd edib.

OAPEC — mənzil-qərargahı Küveyt şəhərində yerləşən və neft ixrac edən ərəb ölkələrinin enerji siyasətini koordinasiya edən hökumətlərarası təşkilatdır. BƏƏ-nin təşkilatdan çıxmasından sonra onun tərkibində 10 üzv qalacaq: Əlcəzair, Bəhreyn, Misir, İraq, Küveyt, Liviya, Qətər, Səudiyyə Ərəbistanı, SuriyaTunis.

Bundan əvvəl BƏƏ OPECOPEC+ alyanslarından da çıxmışdı. Krallığın energetika naziri Suhail al-Mazrouei bildirib ki, bu qərara digər amillərlə yanaşı, Hörmüz boğazının bağlanması və bunun Fars körfəzindən ixrac axınlarını məhdudlaşdırması təsir edib.

Son xəbərlər
Digər xəbərlər