İraq daimi alıcılara xam neft üçün böyük endirimlər təklif edir, lakin tankerlər Fars körfəzinin dərinliklərindən nefti götürmək üçün Hörmüz boğazından keçməli olacaqlar. Bu barədə Bloomberg SOMO dövlət marketinq şirkətinin sənədinə istinadən məlumat yayıb.
Mayın 3-də təqdim olunan təklifə əsasən, Basrah Medium markalı neft üçün endirimlər bir barel üzrə $33,40-a çatır. SOMO vurğulayır ki, alıcılar bu şərtlərlə razılaşacağı təqdirdə “fors-major halları” barədə bənd qüvvədə olmayacaq, çünki Hörmüz boğazındakı münaqişə zonasından keçidlə bağlı risklər “bütün tərəflərə məlumdur”.
ABŞ və İsrailin İranda hərbi əməliyyatlara başlamasından əvvəl İraqın Əl-Bəsrə terminalı hər ay 80-ə qədər tanker qəbul edirdi. Bloomberg-in məlumatına görə, apreldə limanda cəmi iki tanker yüklənib.







