PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün “ZirvədəSən” təcrübə proqramının qeydiyyatına start verib.
Proqram çərçivəsində iştirakçılar seçdikləri sahə üzrə təcrübə keçəcək və korporativ iş mühiti ilə yaxından tanış olacaqlar. Bankın təqdim etdiyi bu təcrübə proqramı 3 aylıq müddəti əhatə edir. Təcrübə müddətində iştirakçılar təlim və mentorluq dəstəyi əldə edəcək və aylıq ödənişlə təmin olunacaqlar. Proqramı uğurla tamamlayan təcrübəçilər PAŞA Bank-da karyera qurmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, son qeydiyyat tarixi 15 may 2026-cı ildir. Karyerada zirvəyə doğru ilk addımı atmaq istəyənlər linkə keçid edə bilərlər.
PAŞA Bank fəaliyyətə başladığı gündən insan kapitalının inkişafını, biliklərin paylaşılmasını və regional potensialın gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bank gələcəkdə də gənclərin təhsil və karyera imkanlarını genişləndirən layihələrə imza atmağa davam edəcək.







