“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xocavənd rayonunun bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkəsinin yenidən qurulması ilə bağlı müsabiqə açıq elan edilib.
Banker.az xəbər verir ki, layihə Ağkənd, Qarakənd, Yenikənd, Heşan, Xocavənd, Qarazəmi, Quzumkənd, Qarqar, Cütcü, Tağaverd və Arakül kəndlərini əhatə edir.
Məlumata görə, layihə çərçivəsində həmin ərazilərin xarici və daxili elektrik şəbəkələri 35 və 0,4 kV-luq ÖİN şəbəkəsi əsasında tam yenidən qurulacaq.
Layihənin ehtimal olunan dəyəri 12 084 758 manat təşkil edir.







