Londonun ICE birjasında 2026-cı ilin iyul ayı üzrə “Brent” markalı neft fyuçerslərinin qiyməti 5%-dən çox eniş göstərib. Bu barədə ticarət platformasının məlumatlarında bildirilir.
Bakı vaxtı ilə saat 16:49-a olan məlumata görə, “Brent” markalı neftin qiyməti 5,17% azalaraq bir barel üçün 96,03 dollara düşüb.
Saat 17:00-a olan məlumata görə isə eniş tempi zəifləyib və “Brent” bir barel üçün 97,42 dollar (-3,8%) səviyyəsində ticarət olunub. Eyni zamanda, 2026-cı ilin iyun ayı üzrə WTI markalı neft fyuçerslərinin qiyməti 4,11% azalaraq bir barel üçün 91,17 dollara enib.







