“Maçkar Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1008 Bakı şəhəri, Nərimanov rayonu, ev 61, mənzil 19 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, filialın Azərbaycanda qanuni təmsilçisi Şenol Karadoğandır. Mərkəzi ofisi İstanbulda yerləşir. Əsasən xarici ticarət (idxal və ixrac) sahəsində ixtisaslaşıb.







