Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi qrip əleyhinə vaksinlərin tədarükü ilə bağlı irimiqyaslı tender elan edib.
Banker.az xəbər verir ki, “Qripə qarşı peyvəndin satın alınması” üzrə keçirilən müsabiqənin ehtimal olunan qiyməti 1 125 500 manat təşkil edir.
Bu satınalma çərçivəsində ölkəyə gətiriləcək peyvəndlər və antigenlər əhalinin profilaktik sağlamlıq tədbirləri üçün nəzərdə tutulub.







