“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Şimal-Cənub dəhlizində görülən son işlər barədə geniş məlumat verib.
QSC sədri Astara terminalının rolunu xüsusilə vurğulayıb.
“Bilirsiniz ki, Astara terminalı bu marşrut üzərində çox ciddi bir strateji aktivdir və artıq terminal üzrə işlərin 92 faizi sona çatdırılıb. Qarşıdakı üç ay ərzində terminalın tam istifadəyə verilməsi planlaşdırılır ki, bu da sonda 4 milyon tona qədər yükün aşırılmasına imkan verəcək”, – deyə Rövşən Rüstəmov deyib.







