Lizinq şirkəti “Hermes Finance” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 09 iyun 2026-cı il tarixində keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncaqda əsas məsələ kimi şirkətin tək iştirakçı qismində “Hermes” Bank Olmayan Kredit Təşkilatı MMC yaratması ilə bağlı qərara baxılacaq.
Yığıncaqda həmçinin yeni yaradılacaq BOKT-un nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının müəyyənləşdirilməsi və kapital köçürməsinin həyata keçirilməsi, icra orqanı və inzibatçılarının təyin olunması məsələləri müzakirə ediləcək.
Bununla yanaşı, qurumun kommersiya strategiyası, maliyyələşdirmə mənbələri, kredit siyasətinin əsas göstəriciləri, daxili nəzarət sistemi və ilk üç il üzrə maliyyə proqnozlarını əhatə edən biznes-planın hazırlanmasına da baxılacaq.
Yığıncaq Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 36 ünvanında yerləşən inzibati binada saat 10:00-da keçiriləcək.
Xatırladaq ki, 2018-ci ildə yaradılmış “Hermes Finance” ASC-nin səhmdarları hər biri 45% olmaqla Kamran Quliyev və Nuranə Mehralıyevaya, qalan 10%-i isə Həmid Mirzəyevə məxsusdur.







