Vladimir Putinin Çinə səfəri gələn həftə — mayın 20-də baş tutmalıdır. Bu barədə mənbələrə istinadən”South China Morning Post” məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Vladimir Putin Çinə birgünlük səfər edəcək. Onlar qeyd ediblər ki, Pekində təntənəli qarşılama və paradın keçirilməsi gözlənilmir, çünki Rusiya prezidenti ilə Si Cinpin danışıqları “Rusiya və Çin arasında adi iş prosesinin bir hissəsidir”.
Mayın 13-də Pekində Si Cinpin ilə Donald Tramp arasında görüş keçirilib. Donald Tramp 2017-ci ildən bəri ilk dəfə Çinə səfər edib. ABŞ prezidentinin sözlərinə görə, onun Çin rəhbəri ilə danışıqları “son dərəcə müsbət” keçib.
SCMP yazır ki, Çin tarixdə ilk dəfə olaraq bir aydan az müddət ərzində çoxtərəfli formatdan kənar şəkildə iki böyük dövlətin prezidentini qəbul edəcək.







