“Cəlilabad Broyler” ASC və “Bərdə Broyler” ASC səhmdarlarının növbəti ümumi yığıncaqlarının keçiriləcəyini elan edib.
Banker.az xəbər verir ki, “Cəlilabad Broyler” ASC-nin səhmdarlarının ümumi yığıncağı 29 iyun 2026-cı il tarixində saat 12:00-da Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev, ev 1 ünvanında yerləşən inzibati ofisdə keçiriləcək. Yığıncağın gündəliyinə İdarə Heyətinin sədri və Direktorlar Şurası üzvlərinin təyin edilməsi, 2025-ci ilin maliyyə hesabatlarının təsdiqi, dividend ödənişi və digər məsələlər daxil edilib.
“Bərdə Broyler” ASC-nin səhmdarlarının ümumi yığıncağı isə eyni tarixdə və saatda onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. Şirkət bildirib ki, iclas Azərbaycan Respublikası Mərkəzi Bankının məsafədən keçirilən səhmdar yığıncaqları ilə bağlı təlimatına uyğun baş tutacaq.






