Azərbaycanın 2026-cı ilin 1-ci rübündə premium mühərrik benzinin idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə artım göstərib.
Banker.az xəbər verir ki, 95 oktanlı premium benzinin ölkəyə 44.5 min ton daxil olub, 2025-ci ilin 30.9 min tonu ilə müqayisədə 44% artım qeydə alınıb. İdxalın dəyəri 38 milyon 389 min dollara çataraq əvvəlki ilin 26 milyon 98 min dolları ilə müqayisədə 47% yüksəlib.
Bir ton premium benzinin qiymət 861.97 dollar olub, 2025-ci ildə bu rəqəm 845.7 dollar idi.
Super premium markalı 98 oktanlı benzinlərdən 530 ton idxal edilib, əvvəlki ilin 651 tonu ilə müqayisədə 18,6% azalma müşahidə olunub, dəyəri 650.17 min dollar, ton başına qiyməti isə 1 milyon 226 dollar təşkil edib.
Belarusdan idxal 11 822 ton, Rusiya isə 11 396 ton olub, Rumıniyadan isə 2 717 ton benzin gətirilib.
Aİ-92 oktanlı benzinin idxalı isə bu il baş tutmayıb. Keçən ilin eyni dövründə 53.27 min ton və ya 42 milyon 214 dollarlıq benzin idxal edilmişdi.






