®“GL” ASC (“Sizin Lombard” brendi) tərəfindən Bakı Fond Birjasında (BFB) yerləşdirilən illik 15% gəlirlilikli korporativ istiqrazlar üzrə hərrac uğurla yekunlaşıb və buraxılış 100% yerləşdirilib.
Hərracın nəticələri və şərtləri:
Ümumi həcm: 3 000 000 AZN (30 000 ədəd, nominalı 100 AZN)
İnvestor və sifariş sayı: 53 investor / 53 sifariş (Tam yerləşdirilib)
Gəlirlilik və ödəniş: İllik 15%, hər ay ödənilməklə
Tədavül müddəti: 7 il (ISIN: AZ2041020283)
Baş Anderrayter: “İnvest-AZ İnvestisiya Şirkəti” QSC
Ticarət nəticələri birjanın qaydalarına tam cavab verdiyi üçün istiqrazlar BFB-nin Standart Bazar Listinq seqmentinə daxil edilib.
Bu uğur “Sizin Lombard” brendinə olan yüksək investor etimadının növbəti göstəricisidir.
“Sərmayənizi riskə atmadan, güclü bir brendlə böyüdün!






