ABŞ prezidenti Donald Tramp bildirib ki, İrandan nüvə silahı yaratmaqdan imtina etdiyini yazılı şəkildə təsdiqləməsini gözləyir.
“Onların hazırda düşündüyü son şey nüvə silahıdır. İndi bunu yazılı şəkildə rəsmiləşdirməlidirlər”, — deyə Tramp jurnalistlərə bildirib.
Bundan əvvəl ABŞ prezidenti bir neçə Fars körfəzi ölkəsi liderinin xahişi ilə İrana zərbələr endirməkdən imtina etdiyini açıqlamışdı. O qeyd edib ki, plan “iki-üç günlüyə” təxirə salınıb.
Donald Tramp həmçinin vurğulayıb ki, ABŞ ordusu hələ də “genişmiqyaslı hücuma” tam hazır vəziyyətdədir.






