Şəhərin tək mərkəzli modeldən çoxmərkəzli (polisentik) modelə keçidi də strateji prioritetlərdən biridir.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda WUF13 çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə deyib.
R.Nəbiyev diqqətə çatdırıb ki, məqsəd məktəb, səhiyyə, iş və mədəniyyət obyektlərinə daha qısa məsafədə çıxışın təmin olunmasıdır.
“Ənənəvi yanaşmanın əksinə olaraq, daha çox yol tikmək tıxac problemini avtomatik həll etmir. Buna görə Bakı şəhər mobilliyi sistemli şəkildə qurulub: yollar avtobus şəbəkəsini, avtobuslar dəmir yolunu, dəmir yolu isə metro sistemini tamamlayır, – deyə o əlavə edib.






